Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub
Berlin, 23 mart, AZƏRTAC
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsi (WBCA-World Boxing Committee Aliyev) və Diaspora Boks Liqasının reytinqli boksçuları Azər Sultanov və Aleksandr Frank Berlində keçirilən çempionatda uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, çempionatda Aleksandr Frank venesuelalı rəqibini üçüncü, Azər Sultanov isə çex idmançını birinci raundda rinqdən kənarlaşdıraraq parlaq qələbə qazanıblar.
Qeyd edək ki, Diaspora Boks Liqasının baş məşqçisi Şamil Kərimov hər iki idmançının məşq prosesini yüksək səviyyədə nəzarətdə saxlayır. Bu sayədə Aleksandr Frank 25 döyüşdə 24 qələbə qazanıb və bir heç-heçə edib. Azər Sultanov isə beş döyüşdə maksimum nəticə göstərib. Aleksandr Frank Ulu Öndərin adını daşıyan dünya kəmərinin yeddiqat sahibi və Universal Boks Təşkilatının (UBO) dünya kəmərinin qalibidir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
I Liqa: “Qəbələ” çempionluğu, “İmişli” və “Karvan” Premyer Liqaya vəsiqəni rəsmiləşdirib
Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Türkiyə klubu UEFA Gənclər Liqasının finalına yüksəlib