×
A
A
A
Sazlamalar

Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

Mingəçevir, 23 mart, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevirdə bədbəxt hadisə ölümlə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1941-ci il təvəllüdlü Rahilə Mahyəddin qızı Osmanovanın yaşadığı evdə qaz sızması səbəbilə partlayış baş verib.
Qadın aldığı yanıq xəsarətləri nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2025-03-23 19:30:00