Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək
Bakı, 23 mart, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Sabah bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir
Milli Observatoriya beynəlxalq müsabiqədə mükafata layiq görülüb
Kürdəxanıda istixana kompleksinin inzibati binası yanıb - YENİLƏNİB 2 VİDEO