Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir
Bakı, 23 mart, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin martın 23-ü saat 17:00-a olan məlumatına əsasən, əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustan, Yevlax, Lerik və Yardımlıda yağış yağır.
Şahdağ, Quba, Qusar, Xaltan, Xınalıq, Şəki və Şahbuzda isə arabir qar yağması müşahidə olunur.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə saniyədə 30, Göyçayda 16 metrədək güclənib.
Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci rübü ərzində 10 beynəlxalq mükafata layiq görülüb
Askarbek Yertaev: Qazaxıstanda miqrasiya sahəsində müsbət dinamika müşahidə olunur
Sabah bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir