XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib
Bakı, 23 mart, AZƏRTAC
“Rusiya tarixində Şərq zinətləri. Orta əsrlər dövrü və onun arxeoloji göstəriciləri” adlı XXI Moskva konfransı baş tutub.
AZƏRTAC xəbər verir ki, Rusiya, Qırğızıstan, Tatarıstan, Qazaxıstan, Özbəkistan, Almaniya alimlərinin təmsil olunduğu hibrid formatda keçirilən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova məruzə ilə çıxış edib.
Təqdim edilən “Şəmkir orta əsr şəhərgahının numizmatik tapıntıları” mövzusunda məruzədə 2017-ci ildə Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, professor Tarix Dostiyevin Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna təhvil verdiyi, Şəmkir şəhərgahında aşkarlanmış VIII – XIII əsrlərə (Abbasilər, Eldənizlər, Səlcuqlu, Gürcüstan) aid mis sikkələr barədə məlumat verilib.
Məruzənin yekununda yaranan suallar cavablandırılıb və əməkdaşlıqla əlaqədar təkliflər edilib.
Sabah bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir
Milli Observatoriya beynəlxalq müsabiqədə mükafata layiq görülüb
Kürdəxanıda istixana kompleksinin inzibati binası yanıb - YENİLƏNİB 2 VİDEO