Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
İstanbul, 23 mart, Günel Karatepe, AZƏRTAC
Martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli rayon bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi bununla bağlı yazılı açıqlama yayıb.
Açıqlamada Şişli icra nümayəndəsi Cevdet Ertürkmenin İstanbul Valiliyi tərəfindən bu rayonun bələdiyyə sədrinin vəkili olaraq təyin edildiyi bildirilir.
ABŞ-da miqrantın qaçmasına kömək edən hakim həbs olunub
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
Tramp: Rusiya və Ukrayna arasında Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib