Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir
Stokholm, 23 mart, Nərgiz Cəfərli, AZƏRTAC
Norveçin Elverum şəhərində İkinci Dünya müharibəsi zamanı partlamamış bombanın zərərsizləşdirilməsi üçün böyük əməliyyat aparılır.
AZƏRTAC xəbər verir ki, 1940-cı il aprelin 11-də faşist Almaniyasının atdığı 250 kiloqramlıq bomba Terninqmoen hərbi poliqonunda aşkar edilib. Çəkisinin yarısı partlayıcıdır və qeyri-sabit vəziyyətinə görə onu təhlükəsiz şəkildə daşımaq mümkün deyil.
“Hər zaman təsadüfi partlayış təhlükəsi var. Detonatorlar hərəkətə, vibrasiyaya və yüksək temperatura həssasdır”, - deyə partlayıcı maddələr üzrə ekspert Kris Taarnebü Maukeng bildirib.
Təhlükəli tapşırığı yerinə yetirmək üçün Norveç hərbçiləri müharibədən qalan döyüş sursatları ilə iş üzrə böyük təcrübəyə malik belçikalı ekspertləri cəlb ediblər.
Təhlükəsizlik məqsədilə 250 metr radiusda olan sakinlər təxliyə edilib, bir kilometr yarım məsafədə olanlara isə evdə qalmaq tövsiyə olunub.
AİB Gürcüstanın enerji təhlükəsizliyi üçün 104 milyon dollar kredit ayırıb
Tornedalinqlər İsveçdə yerli xalq kimi tanınmağa çalışırlar
Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər
ABŞ-da veteranlar arasında intihar problemləri ilə bağlı qanun layihəsi hazırlanır
Belçikalı iki gənc 5 min nadir qarışqanı Keniyadan çıxarmaqda təqsirləndirilir