İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb
İstanbul, 23 mart, Günel Karatepe, AZƏRTAC
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu bələdiyyə ilə bağlı aparılan "korrupsiya" araşdırmasında təqsirli bilinərək məsuliyyətə cəlb olunub, lakin onun “silahlı terror təşkilatına yardım” ittihamı ilə həbsinə dair tələb məhkəmə tərəfindən rədd edilib.
AZƏRTAC xəbər verir ki, bu ifadələr İstanbul Respublika Baş Prokurorluğunun İBB ilə bağlı aparılan istintaqların nəticələrinə dair açıqlamasında yer alıb.
Bildirilib ki, İmamoğlunun həbsi ilə bağlı verilən qərarda “cinayət təşkilatı qurmaq və idarə etmək”, “rüşvət almaq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz mənfəət əldə etmək”, “qanuna zidd olaraq şəxsi məlumatların qeydə alınması” və “tenderlərə qanunsuz müdaxilə” kimi maddələr yer alır.
Məhkəmədə alınan qərara görə, "korrupsiya" cinayətləri üzrə həbs olunanlar arasında bələdiyyənin mətbuat, nəşr və təbliğat xidmətlərindən cavabdeh qurumu “Media AŞ”nin İdarə Heyətinin sədri Murat Ongun və İmamoğlu İnşaat Şirkətinin baş direktoru Tuncay Yılmaz da var.
Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib
ABŞ-da miqrantın qaçmasına kömək edən hakim həbs olunub
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
Tramp: Rusiya və Ukrayna arasında Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib