Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub
Astana, 23 mart, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində Novruz bayramı münasibətilə şəhər akimatının təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının baş konsulluğu və Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Etnomədəni İctimai Birliyi birgə iştirak edib.
AZƏRTAC-ın məlumatına görə, ortaq layihə çərçivəsində milli çadır qurulub, şəhər sakinləri milli yeməklərimizə, o cümlədən şəkərbura və paxlavaya qonaq edilib. Diaspor fəalları canlı musiqi ifa edib, milli geyimli gənclər qonaqlarla birlikdə rəqs ediblər. Milli çadır şəhər sakinlərinin böyük marağına səbəb olub. Tədbir iştirakçıları Azərbaycan xalqının ortaq adət-ənənələrə malik olduğunu əyani şəkildə görüblər.
Bayram tədbiri çərçivəsində Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay və vilayət rəsmiləri milli çadırı ziyarət ediblər, baş konsul Ayxan Süleymanlı və diaspor nümayəndələri ilə bayramlaşıblar.
Milli çadırı, həmçinin Türkiyənin və İranın Aktaudakı baş konsulları ziyarət ediblər və Azərbaycan milli yeməklərini dadıblar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir
Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir
Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib
Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO