Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var
Berlin, 23 mart, AZƏRTAC
Berlinin Şpandau rayonunda çoxmərtəbəli binada yanğın baş verib.
AZƏRTAC “Tagesspiegel” nəşrinə istinadla xəbər verir ki, gecə saatlarında başlayan yanğın nəticəsində xəsarət alanlar var. Yanğından xilas olmaq üçün eyvandan atılan bir nəfər ağır xəsarət alıb. Həmin şəxs helikopterlə xəstəxanaya çatdırılıb.
Bəzi mənzillər yaşayış üçün yararsız hala düşdüyündən sakinlər başqa yerlərdə yerləşdirilib.
Yanğının səbəbi araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
ABŞ-da miqrantın qaçmasına kömək edən hakim həbs olunub
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
Tramp: Rusiya və Ukrayna arasında Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib