Qazaxıstanda fləş-mob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi
Astana, 23 mart, AZƏRTAC
Qazaxıstanın Karaqanda şəhərində qeyri-adi fləş-mob keçirilib: təxminən 500 nənə qədim ipəyirmə sənətini nümayiş etdirib.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, tədbir milli geyimli qadınları bir araya toplayıb. Onlar əl ilə yun əyirmək üçün istifadə olunan ənənəvi alət olan “urşıq” ilə işləmə bacarıqlarını nümayiş etdiriblər.
Tamaşaçılar arasında qədim sənəti mənimsəmək istəyən çoxlu gənclər də var idi.
Tədbirin əsas məqsədi gənc nəsil arasında qazax milli ənənələrini və məişət əşyalarını tanıtmaq və populyarlaşdırmaq olub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
AİB Gürcüstanın enerji təhlükəsizliyi üçün 104 milyon dollar kredit ayırıb
Tornedalinqlər İsveçdə yerli xalq kimi tanınmağa çalışırlar
Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər
ABŞ-da veteranlar arasında intihar problemləri ilə bağlı qanun layihəsi hazırlanır
Belçikalı iki gənc 5 min nadir qarışqanı Keniyadan çıxarmaqda təqsirləndirilir