Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq
Naxçıvan, 22 mart, AZƏRTAC
Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Naxçıvan Qaz İstismar Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərini mavi yanacaqla təchiz edən 159 millimetrlik boruda çat yaranıb.
Martın 23-də saat 10-00-dan 12:00-dək təmir işlərinin aparılması məqsədilə həmin kəndlərə qazın verilişində müvəqqəti fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik
Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var
Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib
Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB