Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib
Naxçıvan, 22 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzindən muxtar respublikanın Qida Təhlükəsizliyi Agentliyinə ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi barədə məlumat daxil olub.
Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Hilal" kafedə baş verdiyi məlum olub.
Faktla bağlı agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik
Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var
Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib
Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB