×
A
A
A
Sazlamalar

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

Mingəçevir, 22 mart, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə balaca tamaşaçılar üçün hazırlanan yeni səhnə əsəri nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Abdulla Şaiqin "Gözəl Bahar" pyesinin motivləri əsasında Əməkdar artist İntiqam Soltanın quruluş verdiyi "Bahar" tamaşası maraqla qarşılanıb.
Novruz personajlarının da rəng qatdığı tamaşa, Günəşin, torpağın, suyun, küləyin, şaxtanın dilindən Baharın gözəlliyini, əhəmiyyətini uşaqlara çatdırmaq məqsədilə ərsəyə gətirilib. Rolları Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, aktyorlar Lalə Abuşova, Aytən İsmayılova, Eyvaz Əliyev, Rəvan Adil, Hüseyn Mustafayev, Afət Əliyeva, Vüsalə Quliyeva və digərləri ifa edirlər.

 

Regionlar 2025-03-22 16:54:00