“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub
Brüssel, 22 mart, AZƏRTAC
Avropa İttifaqının siyasi paytaxtı Brüsseldə Avropanın ən böyük tələbə şəbəkəsi olan Erasmus Student Network (ESN) tərəfindən təşkil edilən “Cultural Dinner” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan tələbələrin milli mətbəxlərini və mədəniyyətlərini təqdim edərək tanıtmaq, beynəlxalq tələbə icması arasında mədəni mübadiləni gücləndirmək olub.
Müxtəlif ölkələrin mədəniyyətinin təqdim olunduğu tədbirdə Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan-Belçika Tələbə Assosiasiyası “İRS” da iştirak edib.
Azərbaycan-Belçika Tələbə Assosiasiyası “İRS” Azərbaycan mətbəxinin ləziz təamlarını və zəngin mədəniyyətini təqdim edib. Tədbirdə iştirak edən qonaqlara Azərbaycan milli yeməkləri təqdim olunub, ölkəmizin mədəniyyəti və kulinariya irsi haqqında ətraflı məlumat verilib.
Həmçinin, ziyarətçilərə Azərbaycanın ən qədim bayramlarından olan Novruz haqqında məlumat verilib, onun adət-ənənələri və ritualları izah edilib.
Tədbirin bədii hissəsində Azərbaycanın milli rəqsləri ifa olunub. Rəngarəng və coşqulu çıxışlar tədbir iştirakçılarının rəğbəti ilə qarşılanıb.
Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları Ankarada TADİV fondunu ziyarət ediblər
Ankarada Hadi Poyrazoğlu adına IV Beynəlxalq Teatrları Festivalı açılıb
Azərbaycan Pakistanda “Yaz festivalı-2025”də təmsil olunub
Mədəniyyət naziri Bişkekdə qırğız həmkarı ilə görüşüb
Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb