Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO
Bakı, 22 mart, AZƏRTAC
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.
Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir
Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir
Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib
Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO