Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib
Berlin, 22 mart, AZƏRTAC
Almaniyada qanunvericilik hakimiyyətinin ən yüksək palatası olan Əyalət Nümayəndələri Şurası (Bundesrat) koalision hökumət qurmaq üçün danışıqlar aparan Xristian Birlik partiyaları (CDU/CSU) və Sosial Demokrat Partiyasının 500 milyard avroluq maliyyə paketini təsdiqləyib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Şuradakı səsvermədə 16 əyalətdən 12-sinin nümayəndələri paketin lehinə səs verib, 4 əyalətin - Brandenburq, Reynland-Pfalts, Saksoniya-Anhalt ve Türingiyanın nümayəndələri bitərəf qalıblar.
Üç gün əvvəl Bundestaqda səsə qoyularaq qəbul edilən paketdə yer alan əsas məsələlərdən biri Konstitusiyada da əksini tapan “borc məhdudiyyəti” mexanizminin dəyişdirilməsidir. Bu mexanizm hökumətin xərclərdən daha çox borc almasına imkan vermirdi. Lakin iqtisadi durğunluqla üzləşən və müdafiə xərclərini artırmaq istəyən Almaniyada formalaşdırılmaqda olan yeni hökumət bu mexanizmi dəyişdirməyə can atırdı. Artıq hökumət müdafiə sahəsində “borc məhdudiyyəti” ilə üzləşmədən əlavə vəsait xərcləyə biləcək.
Bundan başqa, infrastruktur və iqlim məsələləri ilə bağlı 500 milyard avroluq xüsusi büdcənin ayrılması ilə bağlı da səsvermə müsbət nəticələnib. Federal hökumət bu vəsaitin dörddəbirini, əyalət hökumətləri isə beşdəbirini istifadə edə biləcək.
Təşkilat: Britaniyada təcili yardım xidməti pandemiyadan əvvəlkindən pis vəziyyətdədir
Ukrayna tərəfi Vladimir Putinin atəşkəs qərarına reaksiya verib
Londonun mərkəzində velosiped sürənlərin sayı 50 faizdən çox artıb
İspaniyada enerji böhranına görə AES-lərin fəaliyyəti dayandırılıb
Cənubi və Qərbi Avropada elektrik şəbəkələrinin fəaliyyətində genişmiqyaslı nasazlıq baş verib