×
A
A
A
Sazlamalar

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

Bakı, 21 mart, AZƏRTAC
Abşeron rayonu Xırdalan şəhərində diametri 1000 mm olan kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar Xırdalan şəhərinin su təchizatı saat 22:00-dan dayandırılıb.

Cəmiyyət 2025-03-21 22:18:00