Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir
Bakı, 21 mart, AZƏRTAC
Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz Novruz bayramını qarşılıqlı mərhəmət və qayğı, xeyirxahlıq, birlik və dostluq kimi ali dəyərləri tərənnüm edən, insanı daim təbiətlə ahəngdar şəkildə yaşamağa səsləyən mübarək bayram kimi geniş qeyd edir və dəyərləndirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
Şavkat Mirziyoyevin təbrik məktubunda deyilir: “Son illərdə birgə səylərimiz nəticəsində ikitərəfli münasibətlərimizin bütün prioritet sahələrdə ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir.
Əminəm ki, bundan sonra da fəal dialoqlarımız, ortaq səylərimiz və birgə məqsədyönlü fəaliyyətimiz sayəsində dostluğumuz və hərtərəfli əməkdaşlığımız dinamik inkişaf edəcəkdir.
Bu əzəmətli və nurlu anlarda Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram”.
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
TÜRKPA komissiyasının iclasında model qanun layihələri müzakirə edilib
Prezident Pezeşkian: İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər