Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Aktauda beynəlxalq forumda iştirak edib
Astana, 21 mart, AZƏRTAC
Aktauda “Aktau – 2025-ci il Türk dünyasının mədəniyyət paytaxtı” statusunun verilməsi və Qazaxıstan Xalqları Assambleyasının 30 illik yubileyi çərçivəsində “Jastar Wave – Aktau 2025” beynəlxalq gənclər forumu keçirilib.
AZƏRTAC Manqistau vilayətinin icra başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Türkiyədən gənclər iştirak ediblər.
Foruma gənclərlə yanaşı, Qazaxıstanın ictimai xadimləri, deputatlar və dövlət orqanlarının rəhbərləri də qatılıblar.
Qeyd edək ki, forum iştirakçıları martın 21-dən 23-dək regionda keçiriləcək bir sıra mədəni-maarif tədbirlərində iştirak edəcəklər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir
Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir
Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib
Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO