Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir
Bakı, 21 mart, AZƏRTAC
Bahar bayramı münasibətilə təbrik məktubunuza görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirməkdən şərəf duyuram. Ənənəvi Novruz bayramı münasibətilə Çin hökuməti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
AZƏRTAC xəbər verir ki, bu sözlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
Si Cinpinin təbrik məktubunda deyilir: “Hazırda Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və Sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq, dost Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb
Kasım-Jomart Tokayev: Azərbaycana ən səmimi hisslər bəsləyirik
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində