×
A
A
A
Sazlamalar

"Barselona"nın futbolçusunun İspaniya millisindəki əvəzləyicisi məlum olub

Bakı, 21 mart, AZƏRTAC

Ötən gün Millətlər Liqasının Niderlandla keçirilən 1/4 final oyununda zədələnən İspaniya yığmasının futbolçusu Pau Kubarsini əvəzləyəcək oyunçu məlum olub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, "Barselona"nın 18 yaşlı müdafiəçisinin yerini İtaliyanın "Latsio" komandasında çıxış edən Mario Qila dolduracaq.
Qeyd edək ki, Niderland - İspaniya arasında ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab matçı martın 23-də təşkil olunacaq.

İdman 2025-03-21 13:34:00