Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək
Bakı, 21 mart, AZƏRTAC
Almaniya, Fransa və Polşa da daxil olmaqla Aİ-nin aparıcı ölkələri, eləcə də təşkilata üzvü olmayan Kanada və Britaniya gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Aİ-dəki mənbələrə istinadla məlumat yayıb.
Agentlik iddia edir ki, bu ölkələr martın 20-də Brüsseldə keçirilən sammitdə Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqlara necə təsir edə biləcəkləri müzakirəsini davam etdirəcəklər.
Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib
ABŞ-da miqrantın qaçmasına kömək edən hakim həbs olunub
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
Tramp: Rusiya və Ukrayna arasında Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib