Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib
Bakı, 20 mart, AZƏRTAC
UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə yığması doğma meydanda Macarıstanla qarşılaşıb. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyənin qollarını Orkun Kökçü, Kərəm Aktürkoğlu və İrfan Can Kahveçi vurublar. Qonaqların yeganə qoluna isə Andraş Şafer imza atıb.
Komandalar arasında cavab oyunu martın 23-də təşkil olunacaq.
Bundesliqa tarixində yeni rekord
Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib
Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq