Kəngərli rayonunda yaşayış evində yanğın olub
Naxçıvan, 20 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kəngərli rayon Şahtaxtı kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Hadisə nəticəsində 1 mərtəbəli, 144 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin 25 kvadratmetr çardaq hissəsinin yanar konstruksiyaları yanıb, yaşayış evi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.
Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik
Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var
Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib
Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB