“Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində Bakı ədəbi mühiti” – yeni monoqrafiya
Bakı, 20 mart, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun baş mühafizi dosent Səbinə Əhmədovanın “Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Bakı ədəbi mühiti (Əlyazma qaynaqları əsasında)” monoqrafiyası çapdan çıxıb. Kitabda yer alan geniş ön sözün müəllifi də S.Əhmədovadır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Bakı ədəbi mühiti və burada fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisi üzvlərinin yaradıcılığı əlyazma qaynaqları əsasında tədqiq edilib. Tədqiqat işindən mənbəşünaslıq, ədəbiyyatşünaslıq və mətnşünaslıq ixtisaslı mütəxəssislər və ali məktəb tələbələri faydalana bilərlər.
Nəşrin elmi redaktoru dosent Raqub Kərimov, rəyçiləri akademiklər Gövhər Baxşəliyeva, Muxtar İmanov, professor Aida Qasımova və dosent Esmira Fuaddır.
Bakıda II Milli Təhsil Zirvəsi keçirilib
ADAU-EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib
“Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş təşkil olunub
“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib