×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeçər istiqamətlərindən atəşə tutulub

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordu 2025-03-20 20:07:00