Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək
Bakı, 20 mart, AZƏRTAC
Tanınmış almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə olaraq martın 27-28-də Azərbaycanda Kamera və Orqan Musiqisi Zalında çıxış edəcək. Onun martın 24-də “Barokko dövrünün ifaçılıq ənənələri” mövzusunda ustad dərsi də olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Filarmoniyasından məlumat verilib. Bildirilib ki, Leonard Şik orqanologiya ilə maraqlanır və İ.S.Baxın klavesinləri haqqında araşdırmalar aparır. O, İsveçrə, Almaniya, Fransa, Niderland, İtaliya, Venesiya, Portuqaliya, Belçika, Sloveniya və Finlandiyada konsertlər verib, eyni zamanda, Venesiya Konservatoriyasında ustad dərsləri keçib. Uzun illər B.Erben, R.Alpermann, G.Kallveit və S.Mayın rəhbərliyi ilə Alman Gənclər Orkestrində iştirak edib.
Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib
Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib