Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb
Bakı, 20 mart, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, geniş ictimai fəaliyyətindən, qazandığı nailiyyətlərdən bəhs edən vəsait hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda professor Misir Mərdanovun “Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və humanist insan” məqaləsinin, akademikin “İstiqlal” ordeni ilə təltif edilməsi, xatirəsinin əbədiləşdirilməsi haqqında imzalanan rəsmi sənədlərin tam mətni təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən materialda görkəmli şəxslərin Fəraməz Maqsudov haqqında söylədikləri dəyərli fikirlər, onun layiq görüldüyü təltif və mükafatlar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur. Vəsaitdə alimin müəllifi olduğu kitabların biblioqrafik təsviri ilə yanaşı, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin adları də sərgilənir.
Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib
Qırğızıstan məktəbliləri AzMİU-nun təhsil imkanları barədə məlumatlandırılıb
Bakı İlahiyyat Kolleci dini-mənəvi xidmət ixtisası üzrə tələbə qəbulu elan edir
Coğrafiya İnstitutunun elmi seminarında “Siyasi şok doktrinası” mövzusunda məruzə dinlənilib