Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir
İstanbul, 20 mart, Günel Karatepe, AZƏRTAC
Türkiyədə aldığım təhsil, keçdiyim təcrübələr mənə gələcəkdə texnologiya sahəsində işləmək və ölkəmizi qlobal arenada təmsil etmək imkanı verəcək. Məqsədim bu bilikləri tətbiq edərək Azərbaycanın kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə vermək və dünya səviyyəsində rəqabət aparan texnologiyalar yaratmaqdır. Bu yol çətin olsa da inanıram ki, elm və təhsil texnologiyaları sahəsində atacağımız addımlar ölkəmizi daha da irəli aparacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Texniki Universitetinin SABAH qrupları tələbəsi Kənan Rzayev söyləyib.
Türkiyədə kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsində iştirak edən Kənan bu fürsəti gənclərə qazandıran hər kəsə təşəkkürünü ifadə edib: “Ümid edirəm ki, bu təşəbbüs davam edərək gələcək nəsillər üçün daha böyük imkanlar yaradacaq və Azərbaycanın elmi-texnoloji inkişafına töhfə verəcək”.
Xatırladaq ki, Azərbaycan universitetlərinin tələbələri kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində Türkiyənin Bursa, Ankara və İstanbul şəhərlərində təcrübə mübadiləsi keçiblər.
“Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycanın Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə həyata keçirilən layihəyə üç şəhid və qazi övladı cəlb olunub.
Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib
Qırğızıstan məktəbliləri AzMİU-nun təhsil imkanları barədə məlumatlandırılıb
Bakı İlahiyyat Kolleci dini-mənəvi xidmət ixtisası üzrə tələbə qəbulu elan edir
Coğrafiya İnstitutunun elmi seminarında “Siyasi şok doktrinası” mövzusunda məruzə dinlənilib