SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb
Bakı, 20 mart, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil” Korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə “ExxonMobil” Korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.
Söhbət zamanı “ExxonMobil”in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Çin-ABŞ tarif müharibəsi: Bu ölkələrin iqtisadiyyatına necə təsir göstərəcək – ŞƏRH
Paytaxtın daha bir küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
“Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb