Vatikan uşaqlar üçün videooyun hazırlayıb
Vatikan, 20 mart, AZƏRTAC
Müqəddəs Taxt-Tac uşaqlar üçün maarifləndirici videooyun təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Minecraft” əsaslı və “Peter is Here” adlanan videooyun gənc nəsillərə Vatikanın mədəni irsini tanıtmaq məqsədi daşıyır. Oyunda istifadəçilər Müqəddəs Pyotr Kilsəsini kəşf edəcək və ətraf ərazidəki tarixi əsərlər haqqında məlumat alacaqlar.
Bu addım müasir dünyada uşaqların ekran qarşısında daha çox vaxt keçirdiyi və “Minecraft”ın oyun dünyasında əhəmiyyətli bir yer qazandığı üçün atılıb. Videooyunda xristian dünyasının simvolik tikililərindən sayılan və ən böyük kilsəsi olan Müqəddəs Pyotr Bazilikası 3D təsviri, 3D rekonstruksiyası, binanın salonları, sənət əsərləri, heykəllər və mozaikalar təsvir olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
NTV telekanalı: Fransa mediası yanğında həlak olan türk uşaqların şəxsiyyətini qəsdən göstərmir
Təşkilat: Britaniyada təcili yardım xidməti pandemiyadan əvvəlkindən pis vəziyyətdədir
Ukrayna tərəfi Vladimir Putinin atəşkəs qərarına reaksiya verib
Londonun mərkəzində velosiped sürənlərin sayı 50 faizdən çox artıb
İspaniyada enerji böhranına görə AES-lərin fəaliyyəti dayandırılıb