Azərbaycana yaz fəsli qədəm qoydu
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycana yaz fəsli qədəm qoydu.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olub.
Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Beləliklə, həmin andan Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.
Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib
Qırğızıstan məktəbliləri AzMİU-nun təhsil imkanları barədə məlumatlandırılıb
Bakı İlahiyyat Kolleci dini-mənəvi xidmət ixtisası üzrə tələbə qəbulu elan edir
Coğrafiya İnstitutunun elmi seminarında “Siyasi şok doktrinası” mövzusunda məruzə dinlənilib