Çində kosmosda faydalı qazıntılar çıxarmaq üçün robot hazırlanıb
Bakı, 20 mart, AZƏRTAC
Çin Mədənçilik və Texnologiya Universitetində kosmosda faydalı qazıntılar çıxarmaq üçün nəzərdə tutulmuş ilk robot yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Jenmin Jibao" nəşri məlumat yayıb.
Robot altı ayaqla təchiz edilib, onlardan üçü təkər, üçü isə səthə möhkəm tutunmağa və kosmosdakı mikroqravitasiya şəraitinə uyğunlaşmağa imkan verən pəncələrdir. Robot ayaqla hərəkət edə, möhkəmlənə və Ay torpağını imitasiya edən şəraitdə nümunələr götürə bilir. Hazırda o, ilkin ekspertizadan keçib və konstruktorlar artıq patent üçün müraciət ediblər.
NTV telekanalı: Fransa mediası yanğında həlak olan türk uşaqların şəxsiyyətini qəsdən göstərmir
Təşkilat: Britaniyada təcili yardım xidməti pandemiyadan əvvəlkindən pis vəziyyətdədir
Ukrayna tərəfi Vladimir Putinin atəşkəs qərarına reaksiya verib
Londonun mərkəzində velosiped sürənlərin sayı 50 faizdən çox artıb
İspaniyada enerji böhranına görə AES-lərin fəaliyyəti dayandırılıb