ABŞ-ın Merilend ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzalayıb
Vaşinqton, 20 mart, AZƏRTAC
ABŞ-ın Merilend ştatının qubernatoru Ves Mur Novruz bayramı ilə bağlı bəyanat imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda Novruzun yazın gəlişinin və təbiətin yenilənməsinin qeyd edildiyi qədim və şən bayram olduğu bildirilir. Vurğulanır ki, bu bayram 3 min ildən artıqdır qeyd olunur və dünyada milyonlarla insan tərəfindən tanınır. Novruz sülh, yenilənmə və mədəni birliyin simvolu kimi xarakterizə edilir.
“Bütün dünyada Azərbaycan icmaları Novruz bayramını ənənələrlə, o cümlədən xeyrin şər üzərində qələbəsini simvolizə edən tədbirlərlə, musiqi, rəqslər, bayram süfrələri və mədəni fəaliyyətlərlə qeyd edirlər. Merilend ştatı azərbaycanlılar da daxil olmaqla dövlətimizin mədəni, sosial və iqtisadi quruluşuna əhəmiyyətli töhfə verən icmalara ev sahibliyi etməkdən qürur duyur. Novruzun qeyd olunması bizim azərbaycanlı amerikalılar və onların icmaları ilə dostluq əlaqələrimizi gücləndirir. Biz Novruzu tanıyaraq onu qeyd etməklə Azərbaycanın zəngin mədəni irsinə hörmətlə yanaşır və təbliğ edirik”, - deyə bəyanatda bildirilir.
Ştat qubernatoru bəyanatda 20 martı Merilenddə Novruz günü elan edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
TÜRKPA komissiyasının iclasında model qanun layihələri müzakirə edilib
Prezident Pezeşkian: İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər