Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib
Moskva, 20 mart, AZƏRTAC
Martın 19-da Rusiya ilə Ukrayna arasında danışıqlar prosesi nəticəsində hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
AZƏRTAC Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, 175 rusiyalı hərbçi vətənə qayıdıb, əvəzində 175 ukraynalı hərbi əsir qarşı tərəfə təhvil verilib.
Bundan başqa Rusiya tərəfi ağır vəziyyətdə və tibbi yardıma ehtiyacı olan 22 ukraynalı hərbi əsiri təhvil verib.
Azad edilmiş Rusiya hərbçiləri Belarusdadırlar. Buradan onlar müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcəklər. Mübadilənin təşkil edilməsində Birləşmiş Ərəb Əmirlikləri vasitəçi qismində çıxış edib.
2025-ci ilin əvvəlindən bu, üçüncü mübadilədir. Bundan əvvəlki fevralın 5-də baş verib və hər iki tərəfdən 150 hərbçi azad edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib
İstanbulda baş verən zəlzələdən sonra 101 min vətəndaş sığınacağa yerləşdirilib
Londonda enerji təhlükəsizliyinin gələcəyi üzrə beynəlxalq sammit keçirilir
Papa Fransisklə vidalaşmaq üçün 100 min insan növbə gözləyir