Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub
Şəki, 18 mart, AZƏRTAC
Şəkinin Baş Şabalıd kənd inzibati ərazisinə daxil olan çətin relyefli yüksək dağlıq ərazidə yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri Fövqəladə Hallar Nazirliyi Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadla bildirir ki, hadisə yerinə bir neçə texnika, canlı qüvvə səfərbər olunub. Eyni zamanda, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, Baş Şabalıd, Baş Göynük, Şin və Baş Laysqı kəndlərindən sakinlər də yanğının söndürülməsinə cəlb edilib.
Ərazi yüksək dağlıq və əlverişsiz olması texnikaların hərəkətini çətinləşdirir. Ona görə yanğının söndürülməsi zamanı ancaq əl vasitələrindən istifadə olunur.
Lənkəranda evə düşən ildırım yanğına səbəb olub
Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar YENİLƏNİB FOTO VİDEO
Danimarkalı səyyah: Qısa müddətdə belə gözəl yollar inşa etməyiniz inanılmazdır
Düşmənin viran qoyduğu Cahangirbəyli kəndi yenidən qurulur - reportaj