İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib
Çanaqqala, 18 mart, Günel Karatepe, AZƏRTAC
İstanbul Universiteti qanunsuz keçid səbəbi ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun geri alınmasına qərar verib.
AZƏRTAC xəbər verir ki, universitet tərəfindən bununla bağlı açıqlama verilib.
Açıqlamada qərarın aparılan istintaqın nəticələrinə dair universitetin İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edildiyi bildirilir.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu Əkrəm İmamoğlunun bakalavr diplomunun saxta olması ilə bağlı edilən şikayətlər və ölkənin Ali Təhsil Şurası tərəfindən hazırlanmış hesabata əsasən aparılan araşdırma nəticəsində “rəsmi sənəddə saxtakarlıq” cinayəti üzrə istintaq başlatmış və İmamoğlu istintaq çərçivəsində prokurorluğa ifadə vermişdi.
Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib
ABŞ-da miqrantın qaçmasına kömək edən hakim həbs olunub
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
Tramp: Rusiya və Ukrayna arasında Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib