Pedaqoji Universitetdə bayram şənliyi – “NoVa Fest 2025”
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “NoVa Fest 2025” adlı bayram şənliyi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, xonça müsabiqəsi ilə başlayan tədbirdə fakültələr öz xonçalarını təqdim edərək Novruzun simvolik ruhunu əks etdiriblər. Daha sonra tədbir rəsmi hissə ilə davam edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru professor Cəfər Cəfərov və ADPU THİK sədri Cəmilə Qurbanova çıxış edərək tələbələri baharın gəlişini müjdələyən Novruz bayramı münasibətilə təbrik ediblər.
Bədii hissədə ADPU THİK rəqs ansamblı çıxış edib. Tələbələr “Axtarıb tapdım səni” və “Səmənidən sözü olanlar” səhnəciklərini təqdim ediblər. Kosa və Keçəl maraqlı zarafatları ilə hər kəsin üzündə gülüş yaradıb. Tədbir “Aynaband” qrupunun ifası ilə yekunlaşıb.
Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib
Qırğızıstan məktəbliləri AzMİU-nun təhsil imkanları barədə məlumatlandırılıb
Bakı İlahiyyat Kolleci dini-mənəvi xidmət ixtisası üzrə tələbə qəbulu elan edir
Coğrafiya İnstitutunun elmi seminarında “Siyasi şok doktrinası” mövzusunda məruzə dinlənilib