×
A
A
A
Sazlamalar

BDU-da İlaxır çərşənbə qeyd olunub

Bakı, 18 mart, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) İlaxır çərşənbə qeyd olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun rektoru Elçin Babayev çıxışında 2025-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu, bu il Qarabağda böyük Zəfərin 5 illik yubileyinin qeyd ediləcəyini, bunun hər bir azərbaycanlı üçün qürur olduğunu bildirib.
Rektor 2025-ci ilin ”Konstitusiya və Suverenlik İli” olmasının ölkəmiz üçün çox önəmli olduğunu diqqətə çatdırıb, BDU-nun da bu ilə öz töhfələrini verəcəyini vurğulayıb.
BDU rektoru universitetin dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 5 ulduz ilə qiymətləndirildiyini xatırladıb, beynəlxalq uğurların daha da artırılacağını deyib. O, tələbələri günü-gündən güclənən qalib Azərbaycan üçün çalışmağa və layiqli vətəndaş olmağa çağırıb.
Novruz tonqalı qalanandan sonra bayram şənliyi BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Elm və təhsil 2025-03-18 18:20:00