Kollecdə “Ölkəmizə xarıbülbül ətirli bahar gəlir” adlı tədbir keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecdə Novruz bayramı münasibətilə “Ölkəmizə xarıbülbül ətirli bahar gəlir” adlı tədbir keçirilib.
Kollecdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Novruz münasibətilə təşkil edilmiş sərgi ilə tanış olublar.
Tədbirdə kollecin direktoru Şəhriyar Laçınov bayram təbriki ilə çıxış edib.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz çıxışları ilə şənliyə xüsusi rəng qatıblar.
Daha sonra tələbələr musiqi nömrələri, şeirlər, rəqslər və Novruz səhnəcikləri təqdim ediblər.
Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib
Qırğızıstan məktəbliləri AzMİU-nun təhsil imkanları barədə məlumatlandırılıb
Bakı İlahiyyat Kolleci dini-mənəvi xidmət ixtisası üzrə tələbə qəbulu elan edir
Coğrafiya İnstitutunun elmi seminarında “Siyasi şok doktrinası” mövzusunda məruzə dinlənilib