"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq
Bakı, 18 mart, AZƏRTAC
İspaniyanın "Barselona" komandasının yarımmüdafiəçisi Mark Kasado sıradan çıxıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya La Liqasının XXVIII turunun "Atletiko” ilə oyununda (4:2) zədələnən 21 yaşlı futbolçu mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.
Oyunçuya sağ dizinin yan bağının qismən qopması diaqnozu qoyulub. Futbolçunun əməliyyat olunmayacağı, lakin tam sağalması üçün bir neçə ay müalicə alacağı bildirilib.
Qeyd edək ki, Mark Kasado bu mövsüm Kataloniya təmsilçisinin heyətində 36 oyunda bir qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.
Bundesliqa tarixində yeni rekord
Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib
Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq