bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 18 mart, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və şirkət arasında uzun illər davam edən uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
bp-nin Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr, o cümlədən son illər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə layihələrə dəstəyi yüksək qiymətləndirilib. Uğurlu əməkdaşlığın bundan sonra da tərəflərə fayda gətirəcəyinə əminlik ifadə edilib.
Görüşdə bp-nin Azərbaycanda hazırda davam edən əməliyyatlar və birgə layihələrlə bağlı əməkdaşlığa sadiqliyi diqqətə çatdırılıb. Qurumun Azərbaycandakı fəaliyyəti və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlığın yeni prioritetləri, həmçinin karbonsuzlaşma sahəsində işbirliyi imkanları müzakirə olunub.
Lu Mey: Çin ölkəmizin ŞƏT-də hüquqi statusunu gücləndirməkdə Azərbaycanı dəstəkləyir
® “PAŞA Holdinq”in təşkilatçılığı ilə “Future Shapers” proqramının açılış tədbiri keçirilib
“AzerGold”da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub
Səfir: Çin minalanmış ərazilərin təmizlənməsində Azərbaycana humanitar yardım etməyə davam edir