Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Cumar Əliyəsər oğlu İsayev 15 saylı Yasamal birinci, Əkbər Mirmahmud oğlu Seyidov 18 saylı Nərimanov–Nizami–Binəqədi, Xəyal Qüdrət oğlu Məlikov 43 saylı Sumqayıt ikinci, Hikmət Heybət oğlu Əkbərov 79 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Əkbər Mirmahmud oğlu Seyidov 15 saylı Yasamal birinci, Rəsul Sadət oğlu Nəsirov 79 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov