×
A
A
A
Sazlamalar

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Bakı, 18 mart, AZƏRTAC

ABŞ Prezidenti Con Kennedinin 1963-cü ildə öldürülməsi ilə bağlı məxfi sənədlərin dərc edilməsinə əmr verən Prezident Donald Tramp bildirib ki, onun administrasiyası martın 18-də sabiq dövlət başçısı ilə bağlı təxminən 80 min səhifəlik faylları dərc edəcək.
AZƏRTAC xəbər verir ki, bu ilin əvvəlində Tramp federal hökumətə Kennedinin, onun qardaşı Robert Kennedinin və kiçik Martin Lüter Kinqin qətli ilə bağlı yazıların dərc edilməsi planını təqdim etməyi tapşıran Fərman imzalayıb.
Fevralın əvvəlində ABŞ-ın Federal Təhqiqat Bürosu Kennedinin qətli ilə bağlı minlərlə yeni sənəd aşkar etdiyini açıqlamışdı.

Dünya 2025-03-18 17:48:00