Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib
Astana, 18 mart, AZƏRTAC
Qazaxıstanın Jambıl vilayətinin Merke kəndində “Nuray” məktəbəqədər təhsil mərkəzinin 10 şagirdi xəstəxanaya yerləşdirilib.
AZƏRTAC-ın Jambıl vilayətinin İcra Hakimiyyətinə istinadla verdiyi xəbərə görə, uşaqlarda kəskin bağırsaq infeksiyası, bir uşaqda isə enterovirus aşkarlanıb. Bir uşaq reanimasiyadadır, lakin həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.
İşçi qrupu yaradılıb. Artıq Sanitar Epidemioloji Nəzarət İdarəsi tərəfindən yoxlama aparılır, nümunələr götürülüb, ekspertizanın nəticəsi gözlənilir.
Uşaq təhsil mərkəzi iki gün bağlıdır, binalar dezinfeksiya edilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Üç günə qarşı 30 günlük atəşkəs təklifi
Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər
İsveçdə su samurlarının yetişdirilməsi dayandırılıb
Hepatit A virusuna yoluxma hallarının artması Avropada həyəcan doğurur