×
A
A
A
Sazlamalar

Rumıniya klubunda “Neftçi”nin sabiq baş məşqçisini türkiyəli mütəxəssis əvəz edib

Bakı, 18 mart, AZƏRTAC
Türkiyəli mütəxəssis Mehmet Topal əvvəlki iş yerinə geri dönüb.
AZƏRTAC xəbər verir ki, 39 yaşlı çalışdırıcı Rumıniyanın “Petrolul” komandasına qayıdıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu vəzifədə vaxtilə “Neftçi”də işləmiş Adrian Mutunu əvəzləyib.
M.Topal 2024-cü ilin sonunda komandanı tərk etmişdi.
Qeyd edək ki, “Petrolul” Rumıniya çempionatında 30 turdan sonra 40 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 

İdman 2025-03-18 16:20:00