Belçika millisinin iki futbolçusu sıradan çıxıb
Bakı, 18 mart, AZƏRTAC
Futbol üzrə Belçika millisinin iki futbolçusu sıradan çıxıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın "Ayntraxt" komandasının müdafiəçisi Artur Teat və Fransanın "Lion" klubunun hücumçusu Malik Fofana UEFA Millətlər Liqasının pley-off mərhələsində Ukraynaya qarşı oyunlarda meydanda olmayacaqlar. Hər iki oyunçunun səhhətində problem aşkarlanıb.
Qeyd edək ki, komandalar arasında ilk matç martın 20-də, cavab görüşü isə 23-də keçiriləcək.
Bundesliqa tarixində yeni rekord
Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib
Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq