Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Məzahir Pənahovun sədrliyi ilə martın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın fevralın 12-də və fevralın 14-də keçirilən iclaslarının protokolları təsdiq edilib.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci və 79 saylı Astara seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə qərar verilib.
Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
TÜRKPA komissiyasının iclasında model qanun layihələri müzakirə edilib
Prezident Pezeşkian: İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər