Ötən ay ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb
Bakı, 18 mart, AZƏRTAC
Bu ilin fevral ayında ailə başçısını itirməyə görə 196 min 346 nəfərə pensiya və müavinət ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 139 min 321 nəfəri pensiya, 57 min 25 nəfəri isə müavinət alıb.
Mütəxəssis: Miqren dünyada əzabverici və əlilliyə gətirib çıxaran baş ağrıları növlərinə aiddir
İğdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər